“Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib - VİDEO

13:38 20.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər, - məlumatda vurğulanıb.

Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.